Bixudi-zahirpərəst zahirimə bənd olub
Bixudi-zahirpərəst zahirimə bənd olub, Çıxmadı başı onun, heyf içimdən mənim; Adımı qoymuş çoban, gərçi şəbanəm, vəli, Tifli-ibarət əmər şir keçimdən mənim. Laş verib bəslədim hər küçüyü dəhrdə, Ta ki gəlib oldu it, tutdu qıçımdan mənim.