Əsas məzmuna keç

Qoşma

Bitmək gərək

Məxdumqulu Fəraqi

1

«Əlif» Allah yoludur, doğru durub getmək gərək, «Bi» xudanın birliyin bərhəq bilib bitmək gərək, «Ti» tövbə eyləyib, dünyanı tərk etmək gərək, «Si» səhvən eyləsən, dönüb yaxa tutmaq gərək, «Cim» caizdir xoca-qul qulluğun etmək gərək.

«Hi» həmdin yad edib, hökm ilə kimi eylədi, «Xi» xuda mən-mən dedi, iki cahanı eylədi, «Dal» dəlalət deyibən, Mustafanı eylədi, «Zal» zəlillik çəkməsin deb, basəfanı7 eylədi, «Ri» rəhmət bəhrindən ixlas ümid etmək gərək.

«Zi» ziyadə nəfsini dünya üçün aldırmagil, «Sin» sübhanını yad et, qəflətə yeldirməgil, «Şin» şeytan yoluna gül könlünü uydurmagil, «Sad» səbr eylə, səvabın atəşa yandırmagil, «Zad» zəbt birlə sorasa, nə cavab etmək gərək.

«Tay» tamah birlə könlün nəfs yoluna salmagil, «Zay» zülm edib o gün duzəxdə qalıb yanmagil, «Əyn» aləm düzdü karvan, sən həm ondan qalmagil, «Ğəyn» qəni mali-mülküm baqidır deb sanmagil, «Fi» fərağat vəqt ikən, nəfsini ram etmək gərək.

«Qaf» qərabət istəsən, bu yolda belin bağlagil, «Kaf» günahın yad edib həm dur səhərlər ağlagil, «Lam» lütfün qıl ümid, şeytandan özün saylagil, «Mim» muradın istəyib, acizliyin yad eyləgil, «Nun» nuri-rəhmətindən çin ümid etmək gərək.

«Vav» vəsli rütbəsin bir gizli bazar eylədi, «Hi» həlakətlik ilən aşiqlərin zar eylədi, «La» İlahə illəllah deyib, özün aşkar eylədi, Verdi yerə məskənət, asmanı dövvar eylədi, Mərd olanlar eşq yolunda canın unutmaq gərək.

«Ya» Yaradan yoluna nanını versən az hənuz, Tən bərəxnə oturub, donunu versən az hənuz, Rəngi sürxün soldurub, qanını versən az hənuz, Çak edib, Məxdumqulu, canını versən az hənuz, Çün cananını istərsən, canın unutmaq gərək.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.