Əsas məzmuna keç

Heca şeiri

Bitir

Zəlimxan Yaqub

1

Əlimizdən yerə bir dən düşəndə, Payız qalır, qış dincəlir, yaz bitir. Bənövşənin naz boyuna biçilir, Bahar vaxtı ətəklərdə naz bitir.

Yaz fəslidi bizi eşqə gətirən, Arzumuzu boya-başa yetirən. Öz yerimdi tər çiçəklər bitirən, Özgə yerdə belə güllər az bitər.

Bitməliyəm, vaxtım-vədəm var mənim, Sabahımda səsim, sədəm var mənim. Torpaq əkən Qorqud Dədəm var mənim, Hər qarışda saz göyərir, saz bitir.

1975, 5 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.