“Bismillahir-rəhmanir-rəhim” deyib
"Bismillahir-rəhmanir-rəhim" deyib, Girirəm meydana, gəl eyləyək bəhs. Sən toxundun, mən də sənə toxunnam, Şəriətdə halaldı qisasa-qisas, Qoy ucalsın səs!
Bir xoş günü əvəz min aya billəm, Boyun nəqqaş çəkib minaya, billəm. Pirim dərsim verib, min aya billəm, Bir sözünə min söz deyim dəsbədəs, Sən eylə həvəs.
Mən dərdliyəm, mən ağlaram, bu da ağlar, Eşq ucundan sinəmdə var bu dağlar. Bir tərlanam, ovlağımdı bu dağlar, Sənsən şahi-zərzər, şikarın məkəs, Hökmün kəsakəs.
Ovsunçuyam, ovsun salam hi mara, Bənna olsan, tərki axtar, him ara. Səmin diraz, ləhcən bənzər himara, Aləmə bədtərdi bu nitqü nəfəs, Vüsali-hədəs.