Əsas məzmuna keç

Qoşma

Bisavad aşığa

Zəlimxan Yaqub

1

O nə “Kərəmi”ydi, sən çaldın, aşıq, Kərəm alışmadı, Əsli yanmadı. Dedin, yetmiş iki hava çalıram, Buna şair qəlbim heç inanmadı.

Gərək hər sözünü ələyə, süzə, Aşıq həmdəm ola doğruya, düzə. Birtəhər keçindin, vurmadım üzə, Demə ki, ötüşdük, hərif qanmadı.

Mənanı anlayar, mətləbi duyar, Aşıq söz oxuyar məclisə uyar. Sənə usta desəm, dilim quruyar, Ələsgər özünü usta sanmadı.

1973, 27 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.