Əsas məzmuna keç

Heca şeiri

Bir vaxt

Zəlimxan Yaqub

1

Bir vaxt uşaq idim, qürrələnərdim, Özümü hamıdan yekə bilərdim. Ən çətin işə də “asandır” deyib, Həyatı bir yağlı kökə bilərdim.

Bir vaxt uşaq idim, fikirlərimdə Yox idi yolların daşı-kəsəyi. Cığırlar ən enli yolum olardı, Dərib qoxlayardım gülü-çiçəyi.

İndi böyümüşəm, səmtim, səfərim, Gah şəhərə düşür, gah da ki kəndə. Heç yerə, heç yerə sığa bilmirəm, Dünyamı kiçildi, mən böyüyəndə.

1972, 19 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.