Əsas məzmuna keç

Qoşma

Bir qocanın dilindən

Zəlimxan Yaqub

1

Qocaldım, qocalmaq istəməsəm də, Yanımdan yel keçsə zədələr məni. Fil dizi bükərdi qadir əllərim, İndi qarışqalar hədələr məni.

Səsim az qalardı dağları dələ, Meydan oxuyardı qüvvətim kələ. Nə qədər desəm də cavanam hələ, Günbəgün dəyişdi vədələr məni.

Həyat saçlarıma yağdıranda qar, Bilmədim əlimdən gedərmiş bahar. İndi yellər yıxar, sellər aparar, Çaylar qabağına sədd eylər məni.

1973, 28 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.