Əsas məzmuna keç

Gəraylı

Bir Qəribə yiyə durdum

Zəlimxan Yaqub

1

Dərd əlindən Füzulitək, Neçə yol dağa çıxmışam. Bəlkə, bir az yüngülləşəm, Göy bir yaylağa çıxmışam.

Vaxt keçib, vədə çalxanıb, Yaxşıya, badə çalxanıb. Ömrüm nehrədə çalxanıb, Dərd olub, yağa çıxmışam.

Niyə getdim, niyə durdum, Baxdım yerə, göyə, durdum. Bir qəribə yiyə durdum, Beş arşın ağa çıxmışam.

Gəldim, günü qara gəldim, Yaşamaqdan zara gəldim. Hardan getdim, hara gəldim, Gördüm, torpağa çıxmışam.

2001, 16 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.