Əsas məzmuna keç

Gəraylı

Bir qəndildən bir qəndilə taxıldım

Şah İsmayıl Xətai

1

Bir qəndildən bir qəndilə taxıldım, Türab olub yer üzünə yaxıldım, Bir zaman da çaxmaq ilə çaxıldım, Könlümə od düşdü, yandım da gəldim.

Əzəldən əvvəli biz haqqı bildik, Haqdan nida gəldi, haqqa haqq dedik, Qırxlar meydanında yunduq, pak olduq, İstəmən təharət, yundum da gəldim.

Şunda bir qardaşla qeydə düşmüşəm, Pirlər məqamında yanıb bişmişəm, Qırxlar meydanında həm görüşmüşəm, İstəmən yanmağı, yandım da gəldim.

Şah Xətayi aydır: – Sənindir fərman, Olursan hər qulun dərdinə dərman. Gözəl şahım, sənə min canım qurban, İstəməz qurbanı, kəsdim də gəldim.

Lüğət: Qəndil – çilçıraq; Türab – torpaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.