Əsas məzmuna keç

Qoşma

Bir qadın yaşadı

Zəlimxan Yaqub

1
Qəbir daşında yazı. Münəvvər xanımın xatirəsinə

Bir qadın yaşadı bu yer üzündə, Ruhu, zərifliyi gül-ipək kimi. Xətrinə dəymədi qarışqanın da, Dolandı bir pəri, bir mələk kimi.

Xeyirxah qadındı, mehriban ana, Yandırdı bağrını dərd xana-xana. Dözmədi ağrının ağırlığına, Soldu şaxta vurmuş bir çiçək kimi.

Çəkdiyi zəhmətdi, gördüyü acı, Qadındır hər evdə başların tacı. Ruhuna min rəhmət, Münəvvər bacı, Uçdun əlimizdən kəpənək kimi.

2010, 18 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.