Əsas məzmuna keç

Heca şeiri

Bir nihilistə

Zəlimxan Yaqub

1

Gündüzə gecə de, səhərə axşam, Nurlu dan yerini dan, inkar eylə. Geniş üfüqlərə qoz qabığı de, Yeri də, göyü də, bizə dar eylə.

Böyüyə iblis de, kiçiyə şeytan, İblislər içində mələyi görmə. Ölümlə ticarət sevdasına gir, Kəfəni görsən də, mələyi görmə.

Qızıl günəşə də qara bulud de, Qaradan danışmaq adətin oldu. Yaman danışmağın kamil ustası, Yaxşı danışmağın çox çətin oldu.

Dilinin əzbəri şər ilə böhtan, Yaxşını görməyə gözün kor olub. Ancaq unutma ki, hər şeyi danan, Axırda həmişə gorbagor olub.

Təkcə qanqal deyil torpaqda bitən, Qanqalın yanında gül də var, axı. Çınqıllar içində, daşlar dibində, Yamyaşıl məxmərdən tül də var, axı.

Bir qanmaz olsa da, minbir qanan var, Bilənlər bilir ki, sən şər oğlusan. İnana bilmirəm ata-anan var, İnana bilmirəm bəşər oğlusan.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.