Əsas məzmuna keç

Gəraylı

Bir nəfəscik söyləyəyim

Şah İsmayıl Xətai

1

Bir nəfəscik söyləyəyim, Dinləməzsən, neyləyəyim? Eşq dəryasın boylayayım, Ümmana dalmağa gəldim.

Eşq xərmənində sovruldum, Həm ələndim, həm yoğruldum, Qazana girdim, qovruldum, Meydana yenməgə gəldim.

Mən haqqa oldum aşina, Qalmadı könlümdə nəsnə, Pərvanəyəm ataşına, Şəm’inə yanmağa gəldim.

Şah Xətayidir özümdə, Heç xilaf yoxdur sözümdə, Əskiklik kəndi özümdə, Darına durmağa gəldim.

Lüğət: Gird – çevrə, dolanma; Nəsnə – şey; Kəndi – özü

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.