Əsas məzmuna keç

Qoşma

Bir neçə misal

Məxdumqulu Fəraqi

1

Uğradım İlyasa, düşdüm Xıdıra, Könlüm içrə gəldi bir neçə misal.

Əl götürdüm, durdum niyaza, nəzrə, Dedim: «Rüxsət olsa, sorayın sual».

Dedim: «Nədir bu dünyanın dirliyi?», Dedi: «Yatsan düşdür, duranda − xəyal».

Dedim: «Ya rəb, dünya nəyə bənzərdir?» Dedi: «Qoca qarı, üzündə yüz xal».

Dedim: «Nədir mülki-cahan sevgisi?» Dedi: «Dərdəsərdir, ya boyna vəbal».

Dedim: «Dünya üçün nədir bəhsi-cəng?» «Bihudə boğaz yırtmaq, yersiz qalmaqal».

Dedim: «Əhli-zaman nəyə bənd olmuş?» «Oğul, qız sevgisi, cəm etməyə mal».

Dedim: «Bu sevgidən, maldan nə hasil?» «Yığmağı qayğıdır, getməyi məlal».

Dedim: «Əhli-zalim nə tayfa dürur?» Dedi: «Qurddur, itdir, pişikdir, çaqqal».

Dedim: «Andan nəfsim necə ram olur?» Dedi ki: «Pir olan ilə guşmal».

Dedim: «Bəndə cəhdi başa vararmı?» Dedi: «Varmaz, istəməsə zülcəlal».

Dedim: «Ya rəb, kətxudalıq necədir?» Dedi: «Həp də işrət, qayğı − qalan sal».

Məxdumqulu, sözü dürdür bilənə, Başda huşun olsa, sözə qulaq sal.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.