Əsas məzmuna keç

Qoşma

Bir nan gətirdi

Məxdumqulu Fəraqi

1

Bir gecə yatırdım, şah Nəqşibəndi Kərəmi coş edib, bir nan gətirdi, Sağ əlində gülgün badə şərabı, Sol əlində tazə büryan gətirdi.

Oyandım uyğudan, qaldım düşümdən, Heyran qaldım divanənin işindən, Badəsin nuş edib, getdim huşumdan, Qəm didədən əşki-giryan gətirdi.

Can xüruşa gəldi yanıb-coşmadan, Ürəyim mövç urdu dolub-daşmadan, Bir işarət oldu, ona düşmədim, Fəhm etmədim, canda ərman gətirdi.

Anlamadım, oldum eşqə xiridar, Bilmədim, istədim dilbərdən didar, Eşq dərdinə düşdüm, qaldım giriftar, Kimsə bu dərd üçün dərman gətirdi.

Məxdumqulu, durdum təvaf etməyə, Dil fərman vermədi cavab etməyə, Eşq əhlinin halın xarab etməyə Ağlın alıb, məsti-heyran gətirdi.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.