Bir mələk çıxa
Boylanır – baxışı göyün sevinci, Yeriyir – yerişi yerin sevinci, Hansı dənizdəndi bu parlaq inci, Kimindi dünyanın şirin sevinci?
Sevgidə Allahlıq eyləyə bəndə, Tək ola, tək gələ, yola tək çıxa. Hər səhər evindən işə gedəndə, Qarşına beləcə bir mələk çıxa.
2003, 4 iyun