Bir kəlmə
Çən tutar, göylərin üzü bağlanar, Qar yağar, yolların yüzü bağlanar. Qış düşər, bulağın gözü bağlanar, Sən mənə bir kəlmə acı söz desən.
Qəlbin bərk olanda daşdan, dəmirdən, Bəxtin seçilərmi küldən, kömürdən. Şirinlik gözləmə daha ömürdən, Sən mənə bir kəlmə acı söz desən.