Əsas məzmuna keç

Qoşma

Bir işə ulaşdı

Məxdumqulu Fəraqi

1

Tayım-tuşum, qoç igidlər, Hər kəs bir işə ulaşdı. Haq hər kəsə bir yol verdi, Hər kəs bir borca dalaşdı.

Kimi girdi haq yoluna, Yaxşılıq düşdü felinə, Kim qılınc aldı əlinə, Çaldı, islam dinin açdı.

Nər-bədəvli bəylər, xanlar, Atlansa, dolar meydanlar, Sökdü zireh, tökdü qanlar, Qoçaqlar sərindən keçdi.

Biz istədik, ulu yaran, Nəsib bizi etdi heyran, Kimi getdi İran, Turan, Kim İsfahan, Təvriz aşdı.

Haqqa əyan oldu halım, Xəlqdə bilən olmaz məlum, Məxdumqulu, mənim yolum Ol dostlardan ayrı düşdü.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.