Bir içim dedi
Çəmənlə, çiçəklə, çayla görüşdüm, Biri gəz, biri dər, biri çim dedi. Dağlar dilə gəldi, biz görüşməsək Yüz çölü yandırar, bir içim, dedi.
Qaynadı, qarışdı aranım, dağım, Dolaşdı düzləri səsim, sorağım. Laləni öpəndə yandı dodağım, Sərniyim, sulardan bir içim, dedi.
Nə dumanı gördüm, nə çənə düşdüm, Yaşamaq eşqinə düşdüm, nə düşdüm. Qaynar bulaqların sehrinə düşdüm, Nemətdi bir qurtum, bir içim, dedi.