Bir gün ki, cündi-şamilə cəng etdi asiman
Bir gün ki, cündi-şamilə cəng etdi asiman, Oldu büruci-qəl’eyi-gərdunda çox qiran.
Aldı əlinə tiğini Bəhrami-dadgər, Baruyi-çərxə çıxdı nəbərd etməyə həman.
Hifz etməyə qila’ini qat-qat fələklərin, Ol gecə bami-çərxə Zühəl oldu pasiban.
Ətrafi-kainatə xəbər qılmağa günəş, Od yaxdı övci-qəl’əyi gərdunə nagəhan.
Top atmış idi qəl’əyi-gərdünə xeyli-Şam, Oldu livayi-xosrovi-xavər həman əyan.
Mindi təkavəri-fələkə əzmi-rəzm edib, Oldu ədəm məmalikinə şəbrəvan rəvan.
Sultani-sübh böylə yüzağlıq edərmidi, Gər olmasa pənahı vəziri-şəhi-cahan.
Fehristi-karnameyi-təkvini-nöh sipehr, Məqsudi-karxaneyi-ibda’i-kün fəkan.
Asəfsəfi-zəman, Süleymani-şərqü qərb, Sərəskəri-müdəbbirü paşayi-kamiran.
Bu izzü şövkəti ki, sənə verdi Həq, şəha, Layiq önüncə olsa əgər Ərdəvan dəvan.
Görsə məhabətini, əya Rüstəmi-dəqa, Qəhrindən istər idi sənin qəhrəman əman.
Xəsmin qəfası qülleyi-Qaf olsa, filməsəl, Xürd edə zərbi-dəstin ilə şeşpəri-giran.
Hinduyi-müqbil olmağa qapında dəmbədəm, Bir kətxudadürür sənə Iskəndəri-zəman.
Aldı qanadı atına gərdunu beyzəsan, Şəhbazi-himmətin ona ərş oldu aşiyan.
Bənzətdi varsa kəndini rəxşi-cəlalinə Kim, çərxi-dunun üstünə yol sürdü kəhkəşan.
Ibrahim oldu adın, əya kani-mə’dələt, Bu fəqr atəşini mənə eylə gülsitan.
Gülzari-mədhinə uçar ikən könül quşu, Can bülbülü bu şe’ri-təri oxudu həman.
Ağzın hədisinə açamaz zərrəcə dəhan, Əsrari-təb’ə vaqif olan təb’i-xürdədan.
Ey sərvi-xoşxuram, saqın, yoluna gəlir, Hər suyə su kimi gəl axıtma yaşım rəvan.
Gözdən çıxalı gəlmədi heç eynimə yaşım, Mərdüm kimi kim, eyləyə kəndu yerində qan.
Cami-səfayi sun dolu, ey piri-deyr kim, Bir ləhzə dövrün acılığın unudum həman.
Məddah olalı sana, əya mö’təbər cənab, Oldu Füzuli ərseyi-nəzm içrə pəhləvan.
Qaldım ayaqda qüssəvü möhnətdə, al əlim, Ey şəhsüvari-mə’rəkəyi-axirəzzəman.
Rumun Kəmalıdır, der idi mana, xosrova, Görsə kəmali-qüdrətimi əhli-Isfəhan.
Xətm eylə dastanı, şüru et duasinə, Tul etmə gəl hekayəti manəndi-qissəxan.
Ta həlqeyi-sipəhrə hücum eyləyə nücum, Ta kim, niyami-şəbdə ola tiği-zərnişan,
Taxıb kəmənd gərdəninə zərbi-dəstilə, Dövlət qapına xəsmi gətirə kəşan-kəşan.
Nişani-feyzdir ol nüsrətü iqbal kim, hala Nə yanə əzm qılsa rəhbəri tə’yidi-Yəzdan.
Dilü candan Füzuli izzü iqbalinə ol şahın, Rizayi-həqq üçün daim duaguyü sənaxan.
Çü oldur hamiyi-islam, vacibdir onun mədhi, Nə kim, mədhindən özgə söyləmiş ondan peşiman.
Ilahi, baqi olsun daim insanpərvər iqbalı, Cahani-fani içrə ta bəqayi-növ’i-insan.
Lüğət: Cəng – döyüş, müharibə; Gərdun – dönən; fələk; dünya; Bəhram – Mars ulduzu; Nizaminin “Yeddi gözəl” əsərinin qəhrəmanı; Nəbərd – vuruş; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Xeyl – dəstə, tayfa; Şam – axşam; vilayət adı; Xosrov – padşah, hökmdar; Xavər – gündoğan; Rəzm – müharibə, dava; Ədəm – yoxluq; Rəvan – gedən; axan; ruh; Sipehr – göy, səma; Müdəbbir – tədbir tökən; Xəsm – düşmən; Dəst – əl; Giran – ağır, bahalı; Müqbil – taleli; Aşiyan – yuva; Çərxi – çənbəri – dairəvi səma; Can – ruh, bədən; Dəhan – ağız; Əsrari – nihan – gizli sirlər; Təb – qızdırma; Vaqif – xəbərdar; Xürdədan – ən kiçik şeylərə diqqət edən; Mərdüm – insanlar, göz bəbəyi; Cami – xoşgüvar – ləzzətli şərab; Deyr – monastır; Əlim – bilik sahibi; Əhli – raz – sirr əhli, sirdaş; Tul – uzunluq; Manənd – oxşar, oxşatmaq; Yəzdan – Allah; Baqi – həmişəlik, qalan, daimi