Bir güllə yaz gəlib, bahar açılmaz
Yerdən göyə doğru qalxar, ucalar, Ucalıq gətirər yaş ömürlərə. Bir güllə yaz gəlib, bahar açılmaz, Ömrünü eşq ilə qoş ömürlərə.
Zaman ürəkləri şum kimi əkər, Gah sağa, gah sola fırlanar təkər. Bahar sevə-sevə nazını çəkər, Yağdırar qarını qış ömürlərə.
Uca göylər kimi ulu deyilsə, Yolu, sevənlərin yolu deyilsə, Tanrı sevgisiylə dolu deyilsə, Daş yağsın mənasız, boş ömürlərə.
2005, 24 fevral