Əsas məzmuna keç

Varsağı

Bir gözəlin vücudunun şəhrinə

Şah İsmayıl Xətai

1

Bir gözəlin vücudunun şəhrinə, Bax, nəzər eylə də həmən arif ol. Dükanında dedigin mətaına Bax, nəzər eylə də həmən arif ol.

Seyr et özgə ərənləri görəsin, Təbib sarar yürəgimin yarəsin. Çərb eyləmə məhəbbətin çırasin, Bax, nəzər eylə də həmən arif ol.

Hərcayi gözələ qoşma başını, Hərcayilik edib atar daşını, Müştəri bulunsa söz qumaşını, Bax, nəzər eylə də həmən arif ol.

Xətayim der: – Rəhm etməzəm yalana, Özün təslim edər kəndi gələnə, Ay Əlidir, gün Məhəmməd bilənə, Bax, nəzər eylə də həmən arif ol.

Lüğət: Kəndi – özü

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.