Bir gözəlin saçları
Təkcə Günəş, hava yox, Quşların oxumağı, Böyüdür ağacları. Gözəllik qarşısında Allah özü endirir, Şahlar qoyan tacları. Çörək acı doysa da, Zaman doydura bilmir Eşq sarıdan acları. Yaradan oğul gərək, Yazmaq üçün bəs edər Min şairin önündə, Bir gözəlin saçları.
1998, 3 may