Əsas məzmuna keç

Qoşma

Bir gözələ

Zəlimxan Yaqub

1

Çəmən kimi, çiçək kimi, şeh kimi, Təzə-tərdi, təzə-tərdi, təzə-tər. Kimdən ötrü nə təhərdi bilmirəm, Bizə tərdi, bizə tərdi, bizə tər.

Baxışları baharlanıb, yazlanıb, Sazsızlar da onu görüb, sazlanıb. Dodağında cilvələnib, nazlanıb, Məzə tərdi, məzə tərdi, məzə tər.

Dedim, durum söz bağından söz dərim, Gözəl gördüm, işıqlandı sözlərim. Gözəlliyi görməsəydi gözlərim, İz itərdi, iz itərdi, iz itər!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.