Əsas məzmuna keç

Gəraylı

Bir gözəl öldürdü məni

Zəlimxan Yaqub

1

Qəfil ölmək istəmirdim, Bir gözəl öldürdü məni. Səfil ölmək istəmirdim, Bir gözəl öldürdü məni.

İncə ruhnan, şirin səsnən, Köz baxışnan, od nəfəsnən, Alov dilli bir həvəsnən, Bir gözəl öldürdü məni.

Döndü gülün butasına, Saldı gözün xatasına. Xəbər verin atasına, Bir gözəl öldürdü məni.

O xəznədar, mən bir sayıl, Baxdım, oldum hayıl-mayıl. Nə Allahdı, nə Əzrayıl, Bir gözəl öldürdü məni.

Qəlbi kaman, dili neymiş, Aman Tanrım, bu qız nəymiş? Gözəl görmək gözəl şeymiş, Bir gözəl öldürdü məni.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.