Bir az torpaq, bir az Vətən canımız
Vaxtsız əcəl qapımızı tanıyıb, Yaxamıza əl uzatmaz olaydı. İnsan elə ucalaydı göylərə, Dərdin-qəmin əli çatmaz olaydı.
Qaya qalxıb öz kökündən qopanda, Çapılan da peşman olur, çapan da. Ölüm bizi bir gün qoyub sapanda, Daş yerinə dağdan atmaz olaydı.
Bir az ölən, bir az itən canımız, Bir az torpaq, bir az Vətən canımız, Odda yanan, suda batan canımız, Odda yanmaz, suda batmaz olaydı.