Əsas məzmuna keç

Heca şeiri

Bir az da bizə söylə

Zəlimxan Yaqub

1

Dağların şair oğlu, çəkil dağlar qoynuna, Şeiri bu məğrur dağa, bu geniş düzə söylə. Sevgini çiçəklərin qulağına pıçılda, Yanğını, alovunu ocağa, közə söylə. Dünya bir isti təndir – kim yoğura, kim yapa, Təbiət bir axtarış – kim itirə, kim tapa. Olmuşlar, olacaqlar bir-bir düzülər sapa, Köhnədə təzəni gör, təzədən təzə söylə. Dərdini, sevincini çox adama söylədin, Hərdən yanan çırağa, hərdən şama söylədin, Dodağından incilər dama-dama söylədin, Aç sinə dəftərini bir az da bizə söylə. Meydandan qaçan kişi igid deyil, ər deyil, Yollar kələkötürdü, ipək deyil, zər deyil, Əlli yaşın şeirini yazmaq bir hünər deyil, Yüz gəlsin, hünərin var, sözünü yüzə söylə.

2000, 1 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.