Əsas məzmuna keç

Heca şeiri

Bilmirəm

Zəlimxan Yaqub

1

Ürkək maral kimi baxıb hər yana, Nə üçün düşürsən huya, bilmirəm. Gahdan ağlayırsan, gahdan gülürsən, Mən sənin qəlbini duya bilmirəm.

Güləyən, oynağan şıltaq sevgilim, Hər şeyi açıq de, dərdini bilim. Səninçün ağzımda titrəyir dilim, Səndən qeyrisinə uya bilmirəm.

1968, 7 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.