Əsas məzmuna keç

Gəraylı

Bilmirəm

Aşıq Ələsgər

1

Küsmə, a bimürvət gözəl, Dərdim çox, dözə bilmirəm. Üz bürüyüb qaçma məndən, Mən sənsiz gəzə bilmirəm.

Salmırsan üstümə saya, Cavan ömrüm gedir zaya, Qəvvas tək düşüb dəryaya Çalxanıb üzə bilmirəm.

Ələsgərin məlul çağı, Könül olub qəm dustağı, Sinəmin doxsandı dağı, Yetişər yüzə, bilmirəm.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.