Bilmirəm
Ölüm adlı bir dinsizin Hansıdı dini, bilmirəm. Niyə belə uzun çəkdi Nifrəti, kini, bilmirəm.
Hava soyuq, rüzgar sərin, Ömür gödək, yara dərin. Nə vaxt kəsər ürəklərin Fəryadı, ünü, bilmirəm.
Əcəl gəlsə, almaz izin, Süründürər dizin-dizin. Hardadı bu qibləsizin Qibləsi, yönü, bilmirəm.
Dərd min birdi, mənsə birəm, Torpağındı şəhdim, şirəm. Gəldiyim günü bilirəm, Öldüyüm günü bilmirəm.
2001, 1 may