Əsas məzmuna keç

Sərbəst şeir

Bilmirəm

Zəlimxan Yaqub

3

Bu gün ayın neçəsidi? Bilmirəm. Gündüzüdü, gecəsidi? Bilmirəm. Yeridiyim hansı kəndin yoludu, Hansı şəhrin küçəsidi? Bilmirəm. Ölən kimdi, qalan kimdi dünyada, Qalasıdı, köçəsidi? Bilmirəm. Səni gördüm, unuduram hər şeyi, Dağ nə, daş nə, qaç nə, köç nə bilmirəm. Bildiyim tək bircə şey var dünyada, Bilirəm ki, heç nə, heç nə bilmirəm!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.