Əsas məzmuna keç

Heca şeiri

Bilməz, bilməz

Zəlimxan Yaqub

2

Öz dilində dinməyən, öz içinə enməyən, Soyadını tanımaz, adını bilməz, bilməz. Kişi belindən gəlib, ana südü əmməyən, Kişini dərk eyləməz, qadını bilməz, bilməz.

Keçmişini unutmaz kök üçün yanan nəsil, Yenər hər cür nahaqqı, haqqını qanan nəsil. Öz kökündən üzülüb, özünü danan nəsil Doğmasını anlamaz, yadını bilməz, bilməz.

İlahi tərəfindən saat kimi qurular, Sevənlər addımbaşı duyğulanar, durular. Min bir dəfə vurulan dönər, bir də vurular, Dadmayan bu dünyanın dadını bilməz, bilməz.

2007, 16 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.