Bilməsin
Amandı, çəkdiyim özümə yetər, Nələr çəkdiyimi Araz bilməsin. Mənə deməsin ki, niyə qəmlisən, Vətən həsrətini yar az bilməsin.
Həqiqəti sevən, haqqa inanan, Sevgini qəlbinin Allahı sanan, “Şəbi-hicran” deyib yandıqca yanan Füzuli dərdini tar az bilməsin.
Zəlimxan, öpərsən həmdəmi, yarı, Silinər ürəyin dərdi, qubarı. Gün gələr, əriyər dağların qarı, Günəşin odunu qar az bilməsin.
1971, 7 oktyabr