Əsas məzmuna keç

Heca şeiri

Bilmək olmur

Zəlimxan Yaqub

1

Çox uzatma məktubların arasını, Qaşla gözün arasını bilmək olmur. Bu həyatda bizə düşən səadətin, Bütövünü, parasını bilmək olmur.

Baş açmıram ağladırmı, güldürürmü? Yaşmı verir, göz yaşını sildirirmi? Dünya bizi sağaldırmı, öldürürmü? Məlhəmini, yarasını bilmək olmur.

Bulaqların sərinliyi qalır hələ, Dənizlərin dərinliyi qalır hələ, Arzuların şirinliyi qalır hələ, Bu dünyanın sonrasını bilmək olmur.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.