Əsas məzmuna keç

Qoşma

Bilmədim

Məxdumqulu Fəraqi

1

Abdal mənə əbəd camın verəli, Məscid hansı, mehrab hansı, bilmədim. Ol güdazda can əriyib yanalı, Abad hansı, xarab hansı, bilmədim.

Bir kədərə tab etmədim, toz oldum, Torpaq oldum, atəş oldum, suz oldum, Dışdan bişdim, içdən yandım, köz oldum, Od hansıdır, kabab hansı, bilmədim.

Güzər etdim bir məkansız məkana, Seyran etdim bir meydansız meydana, Heyran qaldım bir cahansız cahana, Beyt hansıdır, həm bab hansı, bilmədim.

Nəfsə uydum, özün bilməz hirs oldum, Aqil işin doğru sandım, tərs bildim, Hər əşyadan yar sifətin dərs aldım, Quran hansı, kitap hansı, bilmədim.

Məxdumqulu ol məkanda səs etdi, Şıxlar durdu, igidlər tək rəqs etdi, Hər əşyadan yar camalı əks etdi, Ab hansıdır, şərab hansı, bilmədim.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.