Bilinməz
Yomut, göylən təəssüblə özündən, Çəkdi qoşun, önü-ardı bilinməz. Sığmaz, çıxdı Dəşti-Dəhan düzündən, Gedən yolu, qonan yurdu bilinməz.
Qarğa gəlsə, tuğu ilə təpişər, Heybətindən dağlar-daşlar qapışar, Ölü durub dirilərdən yapışar, Arslanı, tülküsü, qurdu bilinməz.
Üç min nizəçisi vardır nökərdən, Dörd min fildarı var qala yıxardan, Təkə, salır yürüş etsə yuxardan, Düşmənin namərdi, mərdi bilinməz.
Əhli-sünnə namus edib gələrlər, Qala yıxıb bağın bərbad qılarlar, Dev çəkib İsfahan şəhrin alarlar, Bu kəndlərin üçü-dördü bilinməz.
Məxdumqulu, Əlinindir bu meydan, Nə iş tutar, görün, bu Ömər, Osman, At dəmindən doldu zəmin - asiman, Xorasanın xaki-gərdi bilinməz.