Əsas məzmuna keç

Bağlama

Biləsən

Aşıq Ələsgər

1

Təriqətlə mərifətə qulaq ver, Şəriətdə yol-ərkanı biləsən. Həqiqətdə nədən xəlq eylədi haqq Ərşi, kürsü, asimanı, biləsən?

Şəcərətil-yəqin harda bitibdi? Təşbihi dünyada nəyə yetibdi? Neçə kökdü, neçə budaq atıbdı? Neçədi yarpağın sanı, biləsən?

Onları xəlq edən xudam qənidi, Səxavət əhlidi, kərəm kanıdı. Əsabi-Kəhf neçə nəfər can idi? Adları nə idi onu biləsən?

Süleyman, İsgəndər Zülqədər hanı?! Dolandı nə qədər, gəzdi hər yanı? Belə qərar qoyub kərəmin kanı - Vacibdi dünyanı fanı biləsən.

Yazıq Ələsgərəm, sənə qulam mən, Nurun hörmətindən əhli-diləm mən. Buyurasan, xidmətinə gələm mən, Sərimdəki bu sevdanı biləsən.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.