Əsas məzmuna keç

Heca şeiri

Bilən ancaq bir Allahdı

Zəlimxan Yaqub

1

Uçub gəldim, keçib gəldim körpülər, çaylar üstündən, Qoca dünya bir tamaşa, insan oğlu bir səyyahdı. Kim yaratdı bir bu qədər dəryaları, dənizləri, İnsan bu işdə acizdi, tanrı bu sirdən agahdı.

Yaradanın yaratdığı bu ilahi qüdrət nədir, Göydən yağıb, yerdən bitən, bir bu qədər sərvət nədir? Sonsuzluğa, genişliyə, ucalığa heyrət nədir, Hardan bilək, nədən bilək, bilən ancaq bir Allahdı.

İnsanına, millətinə, cinsinə bax, irqinə bax, Bax, baxa bildiyin qədər qərbinə bax, şərqinə bax. O baş-bu baş dünyamızda sən zamanın fərqinə bax, Bizdə indi axşam düşüb, burda gülgün bir sabahdı.

2001, 17 iyun San-Fransisko

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.