Əsas məzmuna keç

Qoşma

Bilə

Aşıq Ələsgər

1

Abbasdan Heydərə şikayətim var, Göyüş təsdiq edə, hər mahal bilə. İyid cavanlıqda dəli gərəkdi, Qocaldıqcda mərfət tapa, hal bilə.

Ağıldan nöqsanam, kamaldan azam, Haçan olsa, Göy aşıqdan mən sazam, İstəyirəm sana bir dastan yazam, Qoburnat eşidə, yaranal bilə.

Yazıq Ələsgərəm, abdal olmuşam, Seçilib gövhərdən zülal olmuşam. Sən ağ çalsan, mən də göy çal olmuşam, Lazımdı ki, çalın qədrin çal bilə.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.