Bihəmdillah vəl-minnə ki, tovfiqati-rəbbani
Bihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbani Yetirdi mənzili-məqsudə İbrahim sultani.
Təriqi-Kərbəla, rahi-Nəcəf bir rəhbər istərdi, Bu yolda gördü Həq Xizr olmağa sultani ərzani.
Vilayət dürlərinin mə’dənidir övliya bürci, Əmini-Həq görüb sultana tapşırdı fələk ani.
Əya sultani-ali-himmətü sərdari-adildil Ki, sənsən gövhəri-insafü dürri-mə’dələt kani.
Müştərrəf eylədi zati-şərifin xaki-Bağdadi, Imarət qıldı rə’yi-gəncbəxşin mülki-virani.
Səfa tapdı visali-məqdəmindən yenlə can baği, Əsas aldı binayi-himmətindən ədl eyvani.
Qədəm basdın diyari-əşrəfi-Bağdadə vü bir-bir Məzaratü büqaül-xeyr səndən oldu nurani.
Ziyarətlər ki, qıldın, asitanlar kim, təvaf etdin, Qəbul olsun ki, tapdın hər birindən feyzi-Rəbbani.
Məqami-Qənbərü övladi-Fəzlü bə’zi əhli-beyt Təvaf etdin, cəvanmərdanə qıldın ərz ehsani.
Əlinin pəncəsin qıldın ziyarət kim, müqərrərdir, Yeni gördükdə məxdumin əl öpmək bəndəfərmani.
Ziyayi-rif’ətindən sayə buldu, seyr vəqtində Gəhi Bəhluli-divanə, gəhi Mənsuri-həqqani.
Həmişə xəsmini şahi-vilayət daşə döndərsin Nəçük kim, gördün etmiş mö’ciz ilən daş arslani.
Məqami-mintəqə tövfin qılıb oldun kəmərbəstə, Öpüb övnü müin dərgahın etdin tazə imani.
Cəvadü Kazimin əttari-Bağdad olduğun bildin, Üz urdun, tapdın ol əttardən hər dərdə dərmani.
Təqiyyü Əskəriyyü Mehdiyə ənsar göndərdin Ki, alayişli kafər ləşkərindən saxlaya ani.
Fərati-paktək Babil diyarına qədəm basdın, Bər övci-Zöhrə oldu səndən ol Haruti-zindani.
Misali-məşhədi-Şəmsü məzari-Cümcümə bir-bir Təmaşasiylə gördün mö’cizati-Şahi-mərdani.
Əqiyl ibni-Əbitalibdən istimdad edüb himmət, Təriqi-Kərbəlayə başladın əqranü ə’yani.
Çü dəşti-Kərbəlayə ləşkəri-islami cəm’ etdin, Yəqin oldu ki, şahi-Kərbəlanın istənir qanı.
Ədayi-taətü ərzi-niyaz etdin, bihəmdillah Ki, məqbul oldu Beytullahə Ibrahim qurbani.
Yetirdin niyyəti-pakilə bir-bir cəddü abayə Səlami-rövzeyi-pakizeyi-Şahi-Xorasani.
Bu gün sərmənzili-məqsudə yetdin rahi-vəhdətdə, Rəfiq oldu sənə tövfiq, tapdın vəsli-canani.
Nə canan, cani-mütləq, bəlkə candan əfzəlü əşrəf Ki, dərgahində eylər can nisarın insivü cani,
Xudanın “Innəma” qövlində xəlq içrə vəliəhdi, Rəsulin “ləhmükə ləhmi” səri-xanında mehmani.
Gəhi-möhtacə vermiş Qənbəri tüğyan edib lütfi Gəhi arslandan almış müztərib halətdə Səlmani.
Tüfeyli-gövhəri-zati-şərifi Adəmü aləm, Fədayi-cövhəri-cismi-lətifi bəhrivü kani.
Əmirül-mö’minin Heydər Əliyyibni-Əbitalib Ki, Cibrili-əmindir xəlvəti-vəhdətdə dərbani.
Nədir dünyavü üqba bi-rizayi-Mürtəza billah, Nə ol baqi gərək sidq əhlinə, mültəq, nə bu fani.
Müdam ol kim, bu dərgahin qamu sadatü xüddamin Sərasər cəm’i-xatir qıldın ol cəm’i-pərişani.
Məni-qafildən agah ol ki, bir kəmtər sənaxanəm, Gərək səntək sərəfrazın mənimtək bir sənaxani.
Füzuli, bu hərəm içrə şəbü ruzü gəhü bigəh, Duayi-xeyr qıl sutanə, tərk et rəsmi-nisyani.
Nə övradü dua kim, qıldı sultan asitanlarda, Qəbul olsun, budur dilşad edən yüz min müsəlmani.
* * * Yenə dəşt sərsəbzdir, fəsl xürrəm, Cahan bitəkəllüf, təkəllüfdə aləm.
Nəbatat əmvatinə vermiş ehya Həvayi-Xizrxislətü Isəvidəm.
Məsihi-şükufə zuhurinə mütləq Səba ətseyi-Adəmü şax Məryəm.
Bisati-bəsatinü bəsti-rəyahin Biri faricül-həm, biri kaşifül-qəm.
Gül övraqi əşcardə eylə müzmər Ki, mə’niyi-nadir ibarətdə müdğəm.
Güli-sürx suri-ərusi-Müqənnə, Dirəxti-şükufə nigari-müəmməm.
Ənadil xətibinə gülbün mənabir, Şükufə sipəhinə gülzar müxəyyəm.
Bu gün zülfi-əhli-məlahətdən özgə, Degil hiç kəs müztərib-halü dərhəm.
Bu gün əbrü badi-bəharidən özgə, Degil kimsə sərgəştəvü didə pürnəm.
Baharındır, aya, bu tə’sir bilməm Və ya dövləti-feyzi-xaqani-ə’zəm.
Fələk mərtəbə, qütbi-xurşid seyri Ki, novruzi-ədlilədir mülk xürrəm.
Misali-əsalətdə ismilə cari Əzəl ta əbəd hökmi-tuğravü xatəm.
Hesabi-səxavətdə əmrilə mücra Gəda adına hasili-mə’dənü yəm.
Əgərçi zəmanında mümkündür etmək, Gəda gənci-dinarü dirhəm fərahəm.
Bulunmaz bu mə’murədə bir xərabə Dəfin olmağa gənci-dinarü dirhəm.
Nəzər feyzi-ruhi sifatında aciz Xirəd cövhəri cism dərkində mülzəm.
Kəmalət kəsbinə əqli-nəsr rə’yət Rüxi-məhvəşi rə’yəti fəthə pərçəm.
Inan bər inan fəthü nüsrət rəfiqi, Nə sarı ki, qılsa əzimət müsəmməm.
Səmiyyi-Xəlil əxtəri-bürci-hikmət Ki, rəxşinədir ğaşiyəkəş yüz ədhəm.
Qəzatək zəmirinə izhar daim, Həm əf’ali-mütqən, həm ə’mali-mübrəm.
Qədərtək vüqufinə inşa həmişə Həm əşkali-müğlət, həm əsrari-mübhəm.
Hökumətşiara, vilayətpənaha Ki, cahi-hökumət sənədir müsəlləm.
Əgər mahə mehri-rüxün salsa pərtöv, Məh olmaz dəxi mehrdən zərrəcə kəm.
Əgər yetsə pərvanəyə hökmün, ey şəm’, Qılır mehr hazır şəbi-zaci-müzləm.
Şərabi-məzaqında keyfiyyəti-şəhd, Mizaci-sinanında xasiyyəti-səm.
Sənin paybusin təmənnası birlə, Qədimtək qədi-asiman müttəsil xəm.
Zəmin paybusinlə bir qədr bulmuş Kim, ol qədrə qadir deyil asiman həm.
Şəha, sənsən ol gövhəri-dürci-hikmət Ki, səndəndir əhbəttə hər dərdə bir əm.
Nə dilriş kim zəxm tək açdı ağzın Sənə ərzi-hal etməyə, tapdı mərhəm.
* * *
Lüğət: Təriqi – hüda – hidayət yolu, doğru yol; Ərzan – ucuz; Dəni – alçaq; Əmin – inanılmış, mötəbər; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Şərif – şərəfli, mübarək; Xaki – tirə – qara torpaq; Can – ruh, bədən; Əşrəf – çox şərəfli; Əhli – raz – sirr əhli, sirdaş; Beyt – ev; şerin iki misrası; Müqərrər – qərara alınmış; Sayə – kölgə; Xəsm – düşmən; Ənsar – yardımçılar; Məhəmmədi Məkkədən Mədinəyə çağıran qəbilələrin böyüklərinə verilən ad; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Şəms – günəş; Təriq – yol; Əqran – tay-tuş; Dəşt – çöl, səhra; Qanı – hanı; Vəhdət – yalqızlıq, təklik; Ləhm – ət; Baqi – həmişəlik, qalan, daimi; Sadat – seyidlər; Kəmtər – daha az, əskik; aciz, etibarsız; Nisyan – unutmaq; Xürrəm – şad, sevinc; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə; Şükufə – çiçək; Rəyahin – reyhanlar, çiçəklər; Əşcar – ağaclar; Müzmər – gizli; İbarət – ibarələr; Güli – rə’na – qırmızı rəna çiçəyi; Ərus – gəlin; Dirəxt – ağac; Nigar – şəkil; gözəl; Ənadil – bülbüllər; Gülbün – gül budağı; Dərhəm – qarma-qarışıq, iztirablı; Didə – göz; Gənc – xəzinə; Xirəd – ağıl; Rüxi – zərd – sarı üz; Əzimət – müəyyən bir yerə hərəkət etmək; Əxtəri – bəxtim oldu tirə – bəxt ulduzum qaraldı (söndü); Ədhəm – qara at; Əşkal – şəkillər; Əsrari – nihan – gizli sirlər; Mübhəm – anlaşılmayan, üstüörtülü; Müsəlləm – doğruluğu təsdiq olunmuş; Kəm – az; Şəbi – tarix – qaranlıq gecə; Şərabi – nab – saf şərab; Şəhd – saf bal; Mizaci – namiyyə – böyümək mizacı; Xəm – əyri; Zəmin – asiman – yer-göy; Qədr – dəyər, qiymət, məziyyət; Dürc – sandıqça; Zəxm – yara