Əsas məzmuna keç

Qoşma

Biçarəyəm

Məxdumqulu Fəraqi

1

Vətənimdə xan idim, Xanlara fərman idim, Dərdlərə dərman idim, Miskinə dükan idim, Cansıza mən can idim, Neylək, indi biçarəyəm.

Gözsüzlərin gözü idim, Lalların mən sözü idim, El-günümün üzü idim; Sevən məşuq nazı idim, Hatəm Tayın özü idim, Neylək, indi füqərayam.

İrəm içrə reyhan idim, Vətəndə zərəfşan idim, Mərd igidə köhlən idim, Dağ başında duman idim, Fəraqi der, aman idim, İndi viran bir sarayam.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.