Əsas məzmuna keç

Gəraylı

Bəzənin qızlar, bəzənin

Zəlimxan Yaqub

2

Yenə toylar yaxınlaşır, Bəzənin qızlar, bəzənin. Bəzənmək sizə yaraşır, Bəzənin, qızlar bəzənin.

Fəsillərin yaz vaxtı var, Oğulların saz vaxtı var. Gözəllərin qız vaxtı var, Bəzənin, qızlar bəzənin.

Gül toxunsun yanaqlara, Bal bələnsin dodaqlara. Nur çilənsin otaqlara, Bəzənin, qızlar bəzənin.

Daraq çəkin telinizə, Kəmər vurun belinizə. Xına yaxın əlinizə, Bəzənin, qızlar bəzənin.

Göy çəməndə çiçəksiniz, Gözəlsiniz, göyçəksiniz. Yer üzünə bəzəksiniz, Bəzənin, qızlar bəzənin.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.