Əsas məzmuna keç

Müstəzad

«BEYTÜSSƏFAYƏ» — Şirvanə səni eylərəm, ey namə, rəvanə

Seyid Əzim Şirvani

2

Şirvanə səni eylərəm, ey namə, rəvanə, Dön abi-rəvanə. Çək şölə, tutub bəzmi-əhibbadə zəbanə, Gəldikdə zəbanə. Ol məclisə kim, ruhül-əmin almasa rüsxət, Yox girməyə fürsət. Torpağə düşüb əczlə üz qoy o məkanə, Tap anə bəhanə. Zuinin ayağından öpüb kəsbi-ziya qıl, İzhari-səna qıl. Əhvalımı çək Bixudə rəmz ilə bəyanə, Şərh eylə əfsanə. Ol vəqt ki, halım elədin Qafilə izhar, Bir gizli sözüm var; Əhbabda məhrəm odu bu sirri-nihanə, Kəşf etmişəm anə. Ol kakili-müşkinə elə ərzü səlamım, Çək əcz ilə namım. Sərbəstə deyim, yəni filan ibni-filanə, Ol cani-cahanə. Ol qaşı kəman, kiprigi ox yarımı görsən, Dildarımı görsən, Təqriblə söz aç, məni ol qaşı kəmanə Ver böylə nişanə: Kim, sən büti-Leylayə giriftar olan aşiq, Bimar olan aşiq, Məcnunə dönüb, aləm ara oldu fəsanə, Məğlubi-zəmanə. Şəmə dolanır yad edib ol arizi-alı; Parvanə misalı. İstər səni, hər ləhzə, gəzər xanəbəxanə, Ey dürri-yeganə. Ey dustlər, ol şux ilə içdikdə şərabı, Cami-meyi-nabı, Bir yadə salırsız məni-avarəni, ya nə? Qaldım yana-yanə. Siz rahət ilə ləzzət edin beyti-Səfadə, Seyyid bu bəladə. Döndü cigərim firqətinizdən dəxi qanə, Yox təndə təvanə.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.