Əsas məzmuna keç

Müstəzad

«BEYTÜSSƏFAYƏ» — Ey dustlər, ol sərvi-xuraman sizin olsun

Seyid Əzim Şirvani

2

Ey dustlər, ol sərvi-xuraman sizin olsun, Canan sizin olsun. Seyri-güli-gülzarü gülüstan sizin olsun, Reyhan sizin olsun. Biz atəşi-hicran ilə duzəxlərə yandıq, Sövdayə boyandıq. Vəsl aləmi ol rovzeyi-rizvan sizin olsun, Qılman sizin olsun. Biz cəm ikən ol silsilədən təfriqə düşdük, Bu danə ilişdük, Sərhəlqeyi-geysuyi-pərişan sizin olsun, Saman sizin olsun. Zülfü həvəsindən bizə Şam oldu nişimən, Etdik onu məskən. Ol arizi xürşid ilə Şirvan sizin olsun, Dövran sizin olsun. Ol murxətin qaldı könül vəslinə həsrət, Yoxdur mənə fürsət. Gülzari-Səba, mülki-Süleyman sizin olsun, Fərman sizin olsun. Ey zahiri ixvani-Səfa, gürgədalər, Biəhdü vəfalər. Yəqub mən oldum, məhi-Kənan sizin olsun, Ol can sizin olsun. Seyyid təki siz olmayın əlbəttə vəfasız, Bişərmü həyasız, Can ol qaragöz dilbərimin, can sizin olsun, Canan sizin olsun.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.