Bəylər
Mərd ilə namərdin işi tən gəlməz, Namərdlər savaşda ziyandır, bəylər, Namərd qoç igidin qədrinı bilməz, Namərdin hər işi virandır, bəylər.
Kamil qoç igidin haqqını yeməz, Dünya malın versən, namərdlər doymaz, Namərd məsləhətə, gənəşə uymaz, Namərdin hər işi əyandır, bəylər.
Bir atada altı ata soyu var, Bir nadanın yüz xəyallıq suyu var. Qoç igidlər harda varsa öyü var, Namərdin öz öyü zindandır, bəylər.
Dövlət başa gəlsə, dost-yarın görməz, Qəza gəlsə, bağrın yerdən götürməz, Haqdan deyər, ancaq iman gətirməz, Məxdumqulu, böylə zamandır, bəylər.