Əsas məzmuna keç

Qoşma

Bəyistan

Aşıq Ələsgər

1

Dodağın qönçədi, dişlərin sədəf, Qaşların qüdrətdən qara, Bəyistan! Gəl elə süzdürmə ala gözlərin, Vurma ürəyimə yara, Bəyistan!

Eşq əhliyəm, dərd çəkməkdən üzülləm, Nəsildən nəcibsən, əslini billəm. Bir saat camalın görməsəm ölləm, Görsəm də yanaram nara, Bəyistan!

Qəza-qədər məni kəc dolandırar, Sevəni sevəndən tez usandırar. Bülbül özün oda vurar, yandırar, Qönçə meylin versə xara, Bəyistan!

Ələsgərəm, doğru yoldan azmaram, Hərcayı gözələ tərif yazmaram. Yüz il keçsə, əlim səndən üzmərəm, Çəksələr dilimdən dara, Bəyistan!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.