Bəyan gələr
Dəbbətül-ərz adlı Dəccal sonundan, Mərvədən, Səfadan bir bəyan gələr, Yeddi gündən sonra onun cəngindən, Üç gündən aləmə bir nişan gələr.
Üzü adam, gün tək alnının ağı, Bir düyəyə bənzər boynu, ayağı, Qoç kimi, quş tənli, qalxan qulağı, Təpəsi üstündə bu Quran gələr.
Az qalar ki, şaxı göyə yetməyə, Bir həftədən fürsət tapar yatmağa, El yığılar tamaşasın etməyə, Yaxşı-yaman, bütün müsəlman gələr.
Qaçıb ondan heç kim tapmaz xilası, Möminlər xoş olar, hövl edər asi, Sol əlində olar Musa əsası, Sağ əlində möhri-Süleyman gələr.
Neçəsinə möhri-Süleyman sürər, Neçəsinə Musa əsasın vurar, Xəlq yarı ağ olar, bir qismi qarar, Qara üzlü bəlli biiman gələr.
Xor qalmaz alanlar biləndən bilik, Dostü düşmən edər olsa bədgilik, Ağ uçmaqlıq olar, qara tamuluq, Dünyanın sonundan şu zaman gələr.
Dəccaldan öncə duy aşiqin sözün, Bilən olmaz gün, ay, gecə, gündüzün, Qırx gün qara tüstü aləmin üzün, Yeri-göyü basıb, boz duman gələr.
Ol canavar ölər, xəlq ondan dinər, Oğul, qız az durar, xəlq ucu sınar,
Adam tək on mələk asmandan inər, Ağlaşıb, hər başdan səd fəğan gələr.
Məxdumqulu uyar kəlam sözünə, Yer-göylər tutuşar, dağlar düzünə, İsrafil sur çalsa yerin üzünə, Ümidsiz xak tənə tazə can gələr.