Əsas məzmuna keç

Heca şeiri

Bəy – gəlin

Zəlimxan Yaqub

1

Yer üzü oğlandı, göy üzü qızdı, Nazdı, gözəllikdi göy üzü boyda. Yer göyü hər axşam bağrına basar, Alar öpüşünü göy üzü boyda.

Dönər əfsanəyə, dönər nağıla, Dönməz öz yolundan, dünya dağıla. Ay işıq apara qızdan oğula, Sevgiyə çevrilər bəy özü boyda.

1998, 12 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.