Əsas məzmuna keç

Qoşabeyt

Bəslənir

Zəlimxan Yaqub

2

Söz ürəkdə, fikir başda, sevgi canda bəslənir, Həyatımız şah damardan axan qanda bəslənir.

Kök budağın, budaq kökün, yarpaq mehin heyranı, Tum budaqda, quş yuvada, arı şanda bəslənir.

Axıb keçir ömrümüzdən saniyələr, saatlar, An zamanın övladıdır, zaman anda bəslənir.

Tək olanda küləklərə, tufanlara yem olur, Yer üzündə açan güllər gülüstanda bəslənir.

2004, 12 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.