Əsas məzmuna keç

Qoşma

Beş namaz

Məxdumqulu Fəraqi

1

Həq-təala buyuran Bəndəsinə beş namaz, Bəndəsinin niyazı − Bir gündəki beş namaz.

Həq-təala aytanı, Bəndəsinin tutanı, Hər gündəki qılanı Bir gündəki beş namaz.

Ol rəsulun ümməti, Ümmət qılar sünnəti, Ərənlərin izzəti Bir gündəki beş namaz.

Ol rəsulun sözləri, Laməkanda üzləri, Hər gündəki sözləri − Bir gündəki beş namaz.

Namaz qılsan, ətadır, Günah qılsan xətadır, Dilə uzun sədadır Bir gündəki beş namaz

Ərənlərin mədədi, Könüllərin qüvvəti, İki cahan dövləti Bir gündəki beş namaz.

Alimlərin sirdaşı, Aqillərin yoldaşı, Əziz canın qoldaşı Bir gündəki beş namaz.

Türküstanın Əhmədi, Doxsan yerdə söhbəti,

Həqqin ona rəhməti Bir gündəki beş namaz.

Qılsın mənə uluğluq, Sultan baba − Eynəl-mülk, Həq qatında sevüklük Bir gündəki beş namaz.

Namaz tanrı fərmanı, Qılsa artar imanı, Elmi-Quran bəyanı Bir gündəki beş namaz.

Məxdum, bəyan qıl namaz, Günahların olsun az, Həq qatında min niyaz Bir gündəki beş namaz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.