Bənzər hökmlü
Könüllər köşkündə xəyalın xanı, Övladi-hünkara bənzər hökmlü. Aşiq çəkər naləni, Yasa salar laləni, Yerdə bəşər padşahı, Xudayımın halanı, Qəmzənin qulduru salsa talanı, Kirpiyin ox, qaşın yaydır çəkimli.
Gözəllərin vəsfin etsələr handa, Aləm ağzı tamam cəm olar səndə, Ta can vardır bu təndə, Arzuməndim var səndə, Adın Ruma düşdü, şöhrətin getdi Hində, Leyli sənə kənizdir, Züleyxa olsun bəndə, Mən həm sənin dərdindən qalmışam, bax, dərməndə, Bağda bitən gülçöhrəsən dibçək baxımlı.
Eşqin atəşini saçıbsan düzə, Can poladdan olsa, dözməz bu közə, Toxunsa dilbər közə, Zəban gələr hər sözə, Görkün günəşi doğsa, nə san vardır ulduza, Alma zənəxdana, bu gümüş üzə, Siyah zülfün surətkardır tökümlü.
Humay oturuşlu, laçın duruşlu, Kəbütər topuqlu, maral görüşlü, Tazə hilal qaşlı, mirvari dişli, Tavus quş zinətli, Davud tovuşlu, Qumru şivəlisən, kəklik yürüşlü, Şahbaz quş tumarlı, tərlan baxımlı.
Bağlanıban çıxsan şitteyi-gülzar, Hüsnün xəyalatı aləmi tutar, Aşiq deyər: «Ey dildar, Görkü günə tay dildar,
Tapar həccin səvabın – Hər kim bir qərib sevər, Məxdumqulu, sən tək görmədim, dildar, Bu cana yatımlı, könlə yaxımlı.